Saytımızı qiymətləndirin


 
 

Tibbi tullantıların idarə edilməsi onların məsuliyyətidir - Nazir müavini
Tarix: 22-12-2023 | Saat: 10:39
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Tibbi tullantıların idarə edilməsi onların məsuliyyətidir - Nazir müavini

 

Tibbi tullantılarin idarə edilməsi ilə bağlı təlimlərin keçirilməsi tibb müəssisəsinin rəhbəri üzərində olan bir məsuliyyətdir. Bu, normativ hüquqi sənəddə əks olunub. 


Qarabaqinfo.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclisdə keçirilən “Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə deyib.

 

O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən təlimlərin daha geniş və əhatəli keçirilməsi ilə bağlı tədbirlər görülür.

 

"Metodoloji çərçivə hazırlayırıq ki, bu sertifikatlaşdirilmiş treninqlər təşkil olunub həyata keçsin. Bu  çox vacibdir. Yoxsa sadə əməkdaşlar bunu bilməyəcək və ya oxuduqları normativ sənədi başa düşməyə bilərlər”, - deyə nazir müavini bildirib.



Xəbəri paylaş

1292 dəfə oxunub.

Digər xəbərlər
5-01-2022, 13:34 Sabahın hava proqnozu