Saytımızı qiymətləndirin


 
 

Putin Rusiya üçün əsas prioritetin nə olduğunu açıqlayıb
Tarix: 14-12-2023 | Saat: 15:00
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

“Rusiyanın suverenliyinin möhkəmləndirilməsi bizim əsas prioritetimizdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin birbaşa xətt və geniş mətbuat konfransı formatında keçirilən “Vladimir Putinlə ilin nəticələri” televiziya proqramında deyib.

“Rusiya kimi bir ölkə üçün suverenlik olmadan ölkəmizin mövcudluğu sadəcə olaraq mümkün deyil. O, sadəcə olaraq mövcud olmayacaq. Ən azı bu gün min il ərzində mövcud olduğu formada. Ona görə də əsas məsələ suverenliyi gücləndirməkdir”, – Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, suverenliyin möhkəmləndirilməsi geniş məfhumdur, o, təhlükəsizliyin və müdafiə qabiliyyətinin xarici konturlarının gücləndirilməsini nəzərdə tutur, həmçinin sosial-siyasi sahəyə, iqtisadi və texnoloji müstəqilliyə şamil edilir.



Xəbəri paylaş

149 dəfə oxunub.

Digər xəbərlər