Tarix: 01-05-2022 | Saat: 01:24
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukrayna tərəfi dəfələrlə Rusiyadan mühasirəyə alınmış Mariupoldan 2 humanitar dəhliz açmağı tələb edib: biri “Azovstal” zavodu ərazisindən, digəri şəhərin özündən. Belə bir xahişlə Putin və Roma Papasına da müraciət ünvanlanıb.
Qarabaginfo.az xəbər verir ki, İtaliyanın “İl Messaggero” qəzetinin yazdığına görə, Vatikan “Azovstal”dan mülki əhalinin Papa bayrağı altında təxliyə edilməsinə icazə verilməsi xahişi ilə üç dəfə Kreml rəhbərinə müraciət edib. Amma Vatikan hər üç dəfə rədd cavabı alıb.
Bildirilir ki, Vatikan indi Azovstaldan insanların evakuasiyasını təşkil etmək üçün gələcək cəhdlərə bədbin yanaşır, lakin səylərini davam etdirməkdə israrlıdır.
Mariupol artıq iki aydır ki, rus qoşunları tərəfindən blokadadadır. Düşmən şəhərə artilleriya və hava zərbələri endirməkdən əl çəkmir. Həm mülki, həm də hərbçilərin yerləşdiyi “Azovstal” polad zavodu praktiki olaraq dağıdılıb. Müdafiəçilər şəhərin siyasi və ya hərbi yolla azad ediləcəyinə ümid edirlər.
Qeyd olunur ki, “Azovstal”da azı 2 min mülki şəxs var. İnsanlar dəhşətli vəziyyətdədir, dərman yoxdur, su və yeməklə bağlı fəlakətli vəziyyət var.(modern.az)
Digər xəbərlər