Saytımızı qiymətləndirin


 
 

Bələdiyyələrin fəaliyyətində çatışmazlıqlar var - Parlamentdə MÜZAKİRƏ
Tarix: 30-11-2023 | Saat: 12:36
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Bələdiyyələrin fəaliyyətində çatışmazlıqlar var - Parlamentdə MÜZAKİRƏ

“Hazırda bələdiyyələrlə bağlı qanunvericilik bazası təkmilləşdirilir”.

 

Qarabaqinfo.az   xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev bildirib.

 

“Hər il dövlət büdcəsindən bələdiyyələrə vəsait ayrılır. Amma bələdiyyələrin fəaliyyətində bir sıra çatışmazlıqlar var. Bələdiyyələrin maliyyə potensialının az olması işlərində problem var. Əsasən də bələdiyyələrin maliyyə imkanlarının aşağı olması əhalinin probleminin həllində bələdiyyələrin rolunu çətinləşdirilir. Əsas hədəflərdən biri də bələdiyyələrin yerli problemlərin həllində rolunun artırılmasıdır”,-deyə o bildirib.

 

Fərid Əliyev qeyd edib ki, yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyat tam bərpa ediləcək: "Biz orada bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə sahəsində də inkişafın şahidi olacağıq".



Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər