Saytımızı qiymətləndirin


 
 

Kuleba: Slovakiyanın Ukraynaya hərbi dəstəyi davam edəcək
Tarix: 29-11-2023 | Saat: 12:03
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna xarici işlər naziri Dmitri Kuleba

 

"Slovakiya xarici işlər naziri ilə səmərəli görüşüm oldu, biz bir-birimizi çox yaxşı başa düşürük".

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna xarici işlər nazir Brüsseldə keçirilən NATO-Ukrayna Şurası XİN rəhbərlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Slovakiya XİN rəhbəri bir daha vurğuladı ki, Ukraynanın ağır hərbi texnikasına texniki qulluqla bağlı dəstək davam edəcək. Slovakiya və Ukrayna hərbi şirkətləri arasında silahların istehsalı ilə bağlı kontraktlar davam edəcək. Yəni mən Slovakiya ilə bağlı risk görmürəm. Macarıstanın hərbi dəstəyi bloklamaqla bağlı məsələsinə gəlincə, növbəti iki həftəni gözləyək", - Kuleba deyib.

Xatırladaq ki, Slovakiyada seçilən yeni sağ hökumətin rəhbəri Baş nazir Robert Fiko deyib ki, onun ölkəsi Ukraynaya hərbi dəstəyi dayandırır və bu barədə artıq NATO-nu məlumatlandırıb.



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər
22-12-2022, 10:31 Azərbaycana qış gəldi