Saytımızı qiymətləndirin


 
 

FT: Zelenski Putinə şəxsi görüş təklifini Abramoviç vasitəsilə çatdırıb
Tarix: 07-06-2026 | Saat: 23:02
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiyalı biznesmen Roman Abramoviç

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin ilə şəxsi görüş keçirmək təklifini rusiyalı iş adamı Roman Abramoviç vasitəsilə çatdırıb.

Bu barədə “Financial Times” qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ötən ay Zelenski Abramoviçi Kiyevə dəvət edib və ondan münaqişənin sülh yolu ilə nizamlanmasını müzakirə etmək məqsədilə ikitərəfli görüş keçirməyə hazır olduğu barədə mesajı Putinə çatdırmağı xahiş edib.

Zelenski “Sky News“ telekanalına müsahibəsində Roman Abramoviçlə Kiyevdə görüşdüyünü təsdiqləyib.

Ukrayna liderinin sözlərinə görə, Abramoviç Kiyevə vasitəçi qismində gəlib və ona çatdırmaq istədiyi bir mesajı olduğunu bildirib.

Daha sonra isə Zelenskinin mesajını Rusiya prezidentinə ötürəcəyini deyib.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər