Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: “Türkiyə-Rusiya münasibətlərinin güclənməsində çox böyük fayda var”
Tarix: 29-09-2021 | Saat: 16:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ərdoğan: “Türkiyə-Rusiya münasibətlərinin güclənməsində çox böyük fayda var”

 

“Dəyərli dostum Vladimir Putinlə yenidən üz-üzə görüşməkdən çox məmnunam. Həqiqətən də COVID-19 pandemiyası bir çox dostu bir-birindən ayırdı”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.

Ərdoğan Türkiyədə meşə yanğınlarının söndürülməsində verdiyi dəstəyə görə V. Putinə özünün və Türkiyə xalqının adından təşəkkür edib.

“Həqiqətən də dostlar çətin günlərdə tanınır. Hər şeydən öncə siyasi, hərbi, iqtisadi sahələrdə Türkiyə-Rusiya əlaqələri həqiqətən də fərqli şəkildə özünü göstərir. İki ölkə arasında ticarət dövriyyəsində az şəkildə azalma və artımlar olsa da, hazırkı vəziyyət olduqca yaxşıdır. Mən bu vəziyyətin daha yaxşı olacağına inanıram. Xüsusi ilə də turizm sahəsində dəstəyə görə çox təşəkkür edirəm. Bizim hərbi sənaye sahəsində birgə atdığımız addımlar müzakirə edəcəyimiz məsələlərdəndir. Bu mövzunu ayrıca müzakirə etməyimizdə fayda var. BMT Baş Assambleyasında bizdən bəzi mövzuları xüsusi ilə soruşdular. Biz onlara lazımı cavabı verdik. Çünki atdığımız addımlardan geri dönməyimiz mümkün deyil. Mən xüsusilə buna inanıram ki, Türkiyə-Rusiya münasibətlərinin hər keçən gün daha da inkişaf edib güclənməsində çox böyük fayda var. Suriya ilə bağlı atdığımız birgə addımlar böyük əhəmiyyət daşıyır. Suriyada sülh Türkiyə-Rusiya münasibətlərindən asılıdır”, - Türkiyə dövlət başçısı vurğulayıb.

Ərdoğan qeyd edib ki, “Akkuyu” AES-də inşaat işləri plana uyğun olaraq davam edir: “Məndə olan məlumata görə, əvvəlcədən planlaşdırılan vaxtda “Akkuyu”nun inşası bitəcək. Fikrimcə, gələn il birinci blokun açılışını edə biləcəyik. Çox intensiv iş gedir. Hazırda AES-in tikintisində 13 min insan çalışır. Onların 10 mini türk, 3 mini isə rusiyalıdır. Demək olar ki, AES-də çalışanların əksəriyyəti Rusiyada təhsil alıb. Bu da bizim münasibətlərin möhkəmlənməsinə səbəb olub”.



Xəbəri paylaş

296 dəfə oxunub.

Digər xəbərlər