Saytımızı qiymətləndirin


 
 

Vasif Talıbovun şəcərəsi açıqlandı: o, xan nəslindən OLMAYIB
Tarix: 27-11-2023 | Saat: 12:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vasif Talıbovun şəcərəsi açıqlandı: o, xan nəslindən OLMAYIB

 

Tanınmış tədqiqatçı alim Nazir Əhmədli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri, Milli Məclisin hazırkı deputatı Vasif Talıbovun şəcərəsini araşdırıb.

Qarabaginfo.az xəbər verir ki, Nazir Əhmədli 1873-cü ildə arxivləşdirilmiş Şərur-Dərələyəz qəzasının kameral təsvirindən çıxarışı dərc edib.

Həmin çıxarışa görə, Vasif Talıbovun şəcərəsi Şərur-Dərələyəz qəzasının Xan Aralığı kəndindəndir.

Arxivləşdirilən kameral təsvirdə yazılıb:

“Talıb Xudaverdi oğlu 50 yaşında; oğlanları - Həsənqulu 22 yaş; Abdulla 13 yaş; Rzaqulu 5 yaş. Ailədə 4 kişi və 3 qadın var”.
 

Tədqiqatçı-alim qeyd edib ki, Şərur-Dərələyəz qəzasının Xan Aralığı kəndi Kor Kəlbəli xana məxsus olduğuna görə o cür adlanıb.

“Bundan başqa “Bəy Aralığı" kəndi də olub. Sonralar bu iki kənd qovuşub və hazırda bir “Aralıq” kəndi var.

Çox güman ki, Vasif Talıbov Rzaqulunun nəslindəndir, çünki böyük oğlunun adı da Rzadır”, - Nazi Əhmədli bildirib.


Talıbovun milliyətinə gəlincə, tədqiqatşı alim bunları deyib:
 

“Hazırkı kameral təsvirin tərtib edildiyi 1873-cü ildə türkləri də, kürdləri də, tatları da tatar yazırdılar. Mənim qənaətimə görə, o türkdür”.
 

“O, xan nəslindən olmayıb, sadəcə, babaları xanın kəndində yaşayan rəiyyət olub”, - deyə Nazir Əhmədli əlavə edib.
 

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, 27 ildən sonra - 2022-ci ilin dekabrında Ali Məclisin sədri vəzifəsindən istefa verib. V.Talıbov vəzifədə olduğu müddətdə Naxçıvanda onu qeyri-rəsmi olara "Xan" adlandırırdılar.

V.Talıbov hazırda Azərbaycan Milli Məclisnin deputatıdır.



Xəbəri paylaş

181 dəfə oxunub.

Digər xəbərlər