Saytımızı qiymətləndirin


 
 

Yol qəzalarında 700 mindən çox ziyan DƏYİB
Tarix: 22-02-2022 | Saat: 13:02
Bölmə:Karusel / Sosial | çapa göndər

2021-ci il ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnə 618 yol-nəqliyyat hadisəsi baş verib.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov avtomobil yolları işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə çıxışı zamanı bildirib.

 

O bildirib ki, bunun nəticəsində 7 803 pm əyrixətli tirlər, 118 pm beton bardür, 129,4 m2 tamet bəzək daşı103 m2 asfalt-beton örtük, 208 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 25 ədəd yol nişanı, 7 ədəd məlumat lövhəsi, 3 ədəd sərnişin dayanacağı, 18 ədəd səsboğucu lövhə, 1 ədəd hidravlik baryer və mühərriki, 164 m2 alkapon üzlük və 32,5 pm körpü məhəccəri yararsız hala düşüb.

 

"Ümumilikdə yol təsərrüfatına 725,8 min manat məbləğində maddi ziyan dəymiş, bundan 524,8 min manatı (72,3 %) ödənilmişdir. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, səbəkarları məlum olan və sığortaları olan yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunmuş, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunmuş, 69 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub",- deyə S. Məmmədov deyib.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər