Tarix: 01-06-2023 | Saat: 14:27
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
İyunun 1-i saat 12-nə olan məlumata görə, ölkə ərazisində hava şəraiti sabit əsasən yağmursuzdur.
Bunu Qarabaqinfo.az Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Zəif şərq küləyi əsir. Mayın 31-də Göyçay rayonunda axşam saatlarında güclü külək müşahidə olsa da, hazırda zəif şərq küləyi əsir. Havanın temperaturu 24-26 dərəcə istidir. Qəbələ, Şamaxı, Şəki, Zaqatalada dünən axşam saatlarında intensiv yağış müşahidə olundu. Hazırda hava yağmursuzdur. Temperatur 22-23 dərəcə istidir”, - o, bildirib.
Direktor vurğulayıb ki, günün birinci yarısında ölkə ərazisində havanın sabit, əsasən yağmursuz keçməsi müşahidə olunsa da, günorta saatlarında bəzi yerlərdə yağış yağacaq:
“Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarında yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur”. modern.az
Digər xəbərlər