Saytımızı qiymətləndirin


 
 

Astarada sürücülər cərimələndi
Tarix: 03-04-2022 | Saat: 14:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Astarada sürücülər cərimələndi

Yollarda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun müxtəlif ərazilərində reydlər təşkil olunub.  

Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində sürücülük hüququ olmadan sükan arxasına keçən, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edən, avtomobilin texniki baxışdan keçirilməsini təmin etməyən, yükdaşıma qaydalarını pozan və digər qayda pozuntularına yol verən sürücülər aşkarlanıb. Həmçinin karantin rejim qaydalarının tələblərinə ictimai nəqliyyatda əməl olunması da yoxlanılıb və aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, sürücülərlə bu istiqamətdə izahedici söhbətlər aparılıb.

Reyd zamanı ümumilikdə 20-dən artıq sürücü barəsində inzibati qaydada protokol tərtib edilib.



Xəbəri paylaş

1406 dəfə oxunub.

Digər xəbərlər