Tarix: 23-11-2023 | Saat: 11:37
Bölmə:Karusel / Dünya | çapa göndər
"KTMT-nin bizə nə verdiyini başa düşməliyik. KTMT ilə əlaqə saxladıq, amma cavab olmadı, hətta bir dəfə də cavab verdilər ki, yanlış kömək üçün müraciət etdiyimiz üçün bizə kömək edə bilməyəcəklər. Sonra dedilər ki, bizim sərhədlərimizin harada olduğunu bilmirlər, indi də sərhədlərin harada olduğunu bilməsələr də, bəlli olmayan yerə müşahidə aparacaq müşahidəçilər göndərmək istəyirlər, halbuki 1991-ci ildə keçmiş SSRİ-nin bütün ölkələri bir-birinin sərhədlərini tanıyıb".
Qarabaqinfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin deputatı, müdafiə nazirinin keçmiş müavini Qurgen Melkonyan deyib.
"Rusiya Ermənistanla Azərbaycan arasında sülhün olmaması üçün hər şeyi edəcək. Onun üçün bu məsələ Cənubi Qafqazda mövcudluğunun təminatıdır. Ermənistan ərazisində bütün yollar və kommunikasiyalar Ermənistanın nəzarətində olmalıdır. Biz Qarabağ uğrunda çox əziyyət çəkdik, amma onlar (Rusiya nəzərdə tutulur - red.) xəyanət etdilər.
Rusiya bizə heç bir silah vermir, halbuki biz əvvəlcədən ödəmişik, pulu da qaytarmırlar. 100 il əvvəlki tarix təkrarlanır. Əvvəllər Ermənistanın yalnız Rusiyadan silah alması ilə bağlı biabırçı razılaşma var idi və Moskva bizə köhnə silah və texnika verirdi. 2002-2004-cü illərdə mən hələ xidmətdə olanda texnika götürdük, sonra orada təmir üçün pul verdik və təmir olunan texnikanı Ermənistana gətirdik.
Son illər Rusiya bizə silah tədarükünü tamamilə dayandırıb. 2020-ci ilə qədər köhnə silahlar yenidən tədarük edildi. Serj Sarkisyanın zamanında bizə “İsgəndər”i verəndə sevindik, sonra əmin olduq ki, "İsgəndər"lər "İsgəndər" deyil. D-30 mərmisi kimi adi mərmidir", - Melkonyan belə söyləyib.
Digər xəbərlər