Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda hər 1000 nəfərə boşanmaların sayı 2,1-ə qədər ARTIB
Tarix: 21-11-2023 | Saat: 15:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycanda hər 1000 nəfərə boşanmaların sayı 2,1-ə qədər ARTIB

2023-cü il oktyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 milyon 168 min 369 nəfər təşkil edib.

Qarabaqinfo.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

2023-cü ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin  rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 85352 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,4-dən 11,2-yə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub. Doğulan körpələrdən 2574-ü əkiz, 102-si üçəm, 4-ü isə dördəm olub. 

Bu ilin 9 ayında ölkədə 45016 ölüm halı qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,1-dən 5,9-a düşüb.   

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 39134 nikah və 16226 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,1-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb. 

2023-cü ilin 9 ayında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2860 nəfər gələn, Azərbaycandan isə 1972 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 888 nəfər təşkil edib.



Xəbəri paylaş

152 dəfə oxunub.

Digər xəbərlər