Saytımızı qiymətləndirin


 
 

Təkcə Rusiya vətəndaşlarını təxliyə etmirik - Peskov
Tarix: 15-11-2023 | Saat: 15:51
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Təkcə Rusiya vətəndaşlarını təxliyə etmirik - Peskov

"Rusiya Federasiyasının xilasediciləri həmişə yalnız Rusiya vətəndaşlarına deyil, həm də MDB və digər ölkələrin vətəndaşlarına kömək edirlər".

 

Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Bir gün öncəki söhbətində Putin Misir prezidenti ilə Fələstin-İsrail münaqişəsinin həllində vasitəçilik imkanlarını müzakirə etməyib. Qəzza zolağından vətəndaşların təxliyəsi işi davam edir, bu həm Fövqəladə Hallar Nazirliyi, həm də diplomatlar üçün asan iş deyil. Kreml Finlandiya hakimiyyətinin Rusiya ilə əvvəlki yaxşı münasibətlərdən qəsdən uzaqlaşma yolunu seçdiyinə görə dərin təəssüf hissi keçirir", - deyə o söyləyib.

 

Peskov Danimarkanın Rusiya nefti daşıyan tankerləri saxlamaqla bağlı mümkün planlarına cavab olaraq, beynəlxalq naviqasiya qaydalarına riayət edilməsinin zəruriliyini xatırladıb.



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər