Saytımızı qiymətləndirin


 
 

Sabiq icra başçısı vəfat etdi 
Tarix: 01-11-2022 | Saat: 11:19
Bölmə:Karusel | çapa göndər

Sabiq icra başçısı vəfat etdi 

 


Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov ötən gecə vəfat edib. 

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Redaktor.az-a mərhumun yaxınları məlumat verib. 

O, uzun sürən xəstəlikdən dünyasını dəyişib. 

Vidadi Məhərrəmov bu gün doğulduğu Goranboy rayonunun Xanqərvənd kəndində dəfn olunacaq. 

Qeyd edək ki, Vidadi Məhərrəmov Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışıb. Məktəb direktoru, kənd sovetinin sədri, İcra başçısının müavini və nəhayət icra başçısı (2006-2013) olub. 

Vidadi Məhərrəmov yeganə icra başçılarındandır ki, əhali arasında hörmətlə qarşılanıb. 

Allah rəhmət eləsin! 



Xəbəri paylaş

179 dəfə oxunub.

Digər xəbərlər