Saytımızı qiymətləndirin


 
 

İranda yanacaq böhranına görə bəzi əyalətlərdə iş dayandılrıb
Tarix: 14-01-2023 | Saat: 23:33
Bölmə:Karusel / Manşet | çapa göndər

İranda yanacaq böhranına görə bəzi əyalətlərdə iş dayandılrıb

İranın paytaxtı Tehran və bir sıra digər əyalətlərdə bazar günü yanacaq böhranına görə özəl və dövlət müəssisələrində qeyri-iş günü elan edilib.

Qarabaginfo.az-ın məlumatına görə, Tehran, Əlborz, Qərbi Azərbaycan, Cənubi və Rəzəvi Xorasan, Şərqi Azərbaycan, Zəncan , Qum, Ərdəbil, İlam, Lorestan və bir sıra digər əyalətlərdə məktəblərdə dərslər onlayn keçiriləcək.

Tehranda özəl və dövlət müəssisələrində işlər dayandırılacaq, məktəb və universitetlərdə dərslər onlayn keçiriləcək.

Digər əyalətlərdə isə məktəb və universitetlərdə dərslər distant rejimə keçirilib, dövlət və özəl müəssisələrində iş saatları azaldılıb.

Qeyd edək ki, hökumət bu addımı qaz istehlakının həcmini azaltmaq məqsədilə atıb.

Son bir neçə gündə güclü qar və soyuq havaya görə ölkədə qaz istehlakı rekord həddə - sutkada 585 milyon kubmetrə çatıb. Bu səbəbdən bir neçə gündür qeyd olunan əyalətlərdə iş saatları məhdudlaşdırılıb, dərslər distant formada keçirilir.



Xəbəri paylaş

1106 dəfə oxunub.

Digər xəbərlər