Saytımızı qiymətləndirin


 
 

Ötən il Rusiyanın Ulyanovsk vilayətindən taxıl məhsulları ən çox Azərbaycana ixrac olunub
Tarix: 09-01-2022 | Saat: 18:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ötən il Rusiyanın Ulyanovsk vilayətindən taxıl məhsulları ən çox Azərbaycana ixrac olunub

2021-ci ildə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Çuvaş Respublikası və Ulyanovsk vilayəti üzrə İdarəsinin nəzarəti altında Ulyanovsk ərazisindən xarici ölkələrə ümumilikdə 62 322 ton taxıl və taxıl emalı məhsulları daşınıb. Ən çox taxıl məhsulları Azərbaycan Respublikasına ixrac olunub. Belə ki, ötən il Azərbaycana 48 023 ton buğda və arpa ixrac edilib.

Bu barədə Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Belçika Krallığına 0,036 ton arpa, düyü, Belarus Respublikasına 3 075,4 ton noxud və buğda, habelə Almaniya Federativ Respublikasına, İsrailə, Yaponiyaya, Qazaxıstana buğda, arpa, çovdar ixrac edilib.

Məhsullar baxımından ixracatda aparıcı yeri buğda tutur - 2021-ci ildə Ulyanovsk vilayəti ərazisindən ümumilikdə 55 918 ton yük daşınıb ki, bu da tənzimlənən ixrac məhsulların ümumi sayının demək olar, 90%-ni təşkil edir.

Xatırladaq ki, Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Çuvaş Respublikası və Ulyanovsk vilayəti üzrə İdarəsi ötən ilin yanvarında Azərbaycana buğda tədarükünə razılıq verib. Bu karantin məhsulları dəmir yolu ilə Azərbaycana ixrac edilməsi üçün nəzərdə tutulmuşdu. Məhsulu göndərən isə Ulyanovsk vilayətinin (Dimitrovqrad şəhəri) kənd təsərrüfatı müəssisəsi idi.



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər
20-09-2022, 17:47 Putin Ermənistana gedir