Saytımızı qiymətləndirin


 
 

ABŞ İsrailin zəif sursatlardan istifadə etməsini istəyir 
Tarix: 10-11-2023 | Saat: 14:08
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ İsrailin zəif sursatlardan istifadə etməsini istəyir 

 

ABŞ İsraili Qəzza zolağında hədəfləri seçməkdə daha dəqiq olmağa və daha zəif döyüş sursatlarından istifadə etməyə məcbur etməyə çalışır.

Qarabaginfo.az xəbər verir ki, “New York Times” bunu amerikalı rəsmilərə istinadən yazıb.

Qəzet adı açıqlanmayan rəsmiyə istinadən yazır: “ABŞ-ın yüksək rütbəli hərbi məmurları, demək olar ki, gündəlik telefon danışıqlarında, israilli həmkarlarına hədəf seçimində daha dəqiq olmaları üçün təzyiq göstərməyə çalışırlar”.

 

Nəşr qeyd edib ki, bir sıra ABŞ rəsmiləri də İsraili hərbi hədəflərdə “450-900 kiloqram çəkisi olan sursat əvəzinə 110 kiloqramlıq peyklə idarə olunan bombalardan” istifadə etməyə çağırır.

 

“New York Times” qəzetinin yazdığına görə, ABŞ-ın bəzi hazırkı və keçmiş hərbi rəsmiləri İsrailin mülki şəxslərin təhlükəsizliyinə üstünlük verməsini vacib sayırlar.



Xəbəri paylaş

1154 dəfə oxunub.

Digər xəbərlər