Saytımızı qiymətləndirin


 
 

FHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edib  - VİDEO
Tarix: 05-08-2020 | Saat: 14:20
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Sərt karantin rejimi tətbiq olunan yerlərdə çimərliyə getmək qadağan edilir? - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya

Fövqəladə Hallar Nazirliyi çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, Nazirlik əhaliyə çimərlikdə xoş zaman keçirmək üçün bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.

Belə ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə: 

- çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!

- qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir!

- özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!

Həmçinin, qadağandır:

- nəzərdə tutulmamış ərazilərdə çimmək!

- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!

- küləkli havada dənizə girmək!

- çimərlikdə gecələmək!

- sərxoş halda çimərlikdə olmaq!

- suda kobud hərəkətlər etmək!

- çimərlikdə balıq tutmaq!

- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

- Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

- Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

 

 

 

 

 



Xəbəri paylaş

429 dəfə oxunub.

Digər xəbərlər