Saytımızı qiymətləndirin


 
 

Rusiya FTX taksi sifarişlərinin məlumat bazasına fasiləsiz giriş əldə edəcək- Sentyabrın 1-dən
Tarix: 03-08-2023 | Saat: 17:20
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyada 2023-cü il sentyabrın 1-dən etibarən dövlət taksi aqreqatorlarının məlumat bazalarına gecə-gündüz çıxış əldə edəcək.

Qarabaginfo.az xəbər verir ki, taksilərdən Federal Təhlükəsizlik Xidmətinə və hüquq-mühafizə orqanlarına müştərilərin səyahət məlumatlarını təqdim etmələri tələb olunacaq.

Artıq məlumat əldə etmək üçün təhlükəsizlik qüvvələrinin məhkəməyə müraciət etməsinə ehtiyac qalmayacaq.

2023-cü ilin aprelində Rusiya prezidenti Vladimir Putin elektron çağırış vərəqələri və hərbi xidmətə cəlb olunanların vahid reyestri haqqında qanunu imzalayıb. Sənəd “Qosuslugi” vasitəsilə çağırış vərəqəsi göndərildikdən sonra ölkədən çıxmağı qadağan etməyə, 20 gün ərzində gəlmədikdə isə avtomobili idarə etmək, bizneslə məşğul olmaq və daşınmaz əmlakla əməliyyatlar aparmaq hüququndan məhrum etməyə imkan verir.



Xəbəri paylaş

1117 dəfə oxunub.

Digər xəbərlər