Saytımızı qiymətləndirin


 
 

Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1250 ailəyə sovqat göndərildi - FOTO
Tarix: 03-11-2023 | Saat: 15:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1250 ailəyə sovqat göndərildi - FOTO

Prezident İlham Əliyevin xüsusi diqqət və tapşırığı ilə ölkəmizdə sosial layihələrin icrası uğurla davam etdirilir. Bütün bayramlarda və əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqatlar verilir, yardımlar edilir.

 

Qarabaqinfo.az  xəbər verir ki, bu tədbirlərin davamı olaraq, noyabrın 3-də - Zəfər Günü ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda da yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım paylanılıb.

 

Yardımın yola salınma mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirak edib. Məlumat verilib ki, muxtar respublikada yaşayan aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün gətirilmiş bayram sovqatları müxtəlif ərzaq məhsullarından ibarətdir.

 

Sonra sovqatlardan ibarət 5 avtomobil təyinatı üzrə ünvanlara yola salınıb.

 

Qeyd edək ki, dövlət başçısının aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə dəstək məqsədilə 2023-cü ilin son 5 ayı ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən, ümumilikdə 6 450 aztəminatlı, o cümlədən şəhid və qazi ailələrinə sovqat paylanılıb

 



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər
22-12-2022, 12:29 Sabahın hava proqnozu