Prokurorluq Qubada öldürülən şəxslə bağlı məlumat yayıb
Tarix: 02-05-2022 | Saat: 21:00
Bölmə:Karusel / Gündəm | çapa göndər
1333 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-05-2022 | Saat: 21:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mayın 2-si saat 19 radələrində Quba rayonu ərazisində 1987-ci il təvəllüdlü Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan verilən məlumata görə, araşdırma zamanı zərərçəkmişin atası, 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nüsrət Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Xəbəri paylaş
Digər xəbərlər
25-01-2026, 20:53
Fransa Ukraynaya 500 kilometr mənzilli olan dronlar göndərib
27-08-2024, 17:21
Baş prokuror Şəkidə vətəndaşları qəbul edib
24-10-2021, 20:51
ABŞ-da səfərdə olan Patriarx Varfolomey xəstəxanaya yerləşdirilib
19-05-2025, 14:34
Rusiya Ukraynanın Sumı və Donetsk vilayətlərində yeni yaşayış məntəqələrini ələ keçirib
8-02-2024, 17:07
Xankəndidə səsvermənin böyük siyasi mənası var - İlham Əliyev
8-08-2025, 23:14
Tramp Prezident İlham Əliyevin “lll Şuşa Qlobal Media Forumu”ndakı çıxışını yenidən paylaşıb
13-09-2022, 10:52
Ermənistan müdafiə naziri Şoyqu ilə danışdı
25-07-2022, 14:08
ABŞ Rusiyanın Odessaya zərbəsindən sonra taxıl ixracının "B planı" üzərində işləyir


















