Saytımızı qiymətləndirin


 
 

Ötən ay dövlət qurumlarının “Facebook” səhifəsini izləyənlərin sayı məlum olub
Tarix: 07-02-2022 | Saat: 17:59
Bölmə:Karusel / Sosial | çapa göndər

Ötən ay dövlət qurumlarının “Facebook” səhifəsini izləyənlərin sayı məlum olub

Media Təhlil Mərkəzi dövlət qurumlarının yanvar ayı üzrə “Facebook”dakı səhifələrini izləyənlərin sayını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, ötən ay izləyici sayı ən çox olan dövlət qurumlarının səhifəsi sırasında ilk yeri 1,2 faiz artımla “ASAN xidmət” tutur (437 854). Növbəti sıralarda Müdafiə Nazirliyi (289 596), Təhsil Nazirliyi (189 030), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (124 211), Daxili İşlər Nazirliyi (80 988), Bakı Nəqliyyat Agentliyi (61 966), Kənd Təsərrüfatı Nazirliyi (59 834), Səhiyyə Nazirliyi (59 773), Mədəniyyət Nazirliyi (53 351), Dövlət Təhlükəsizliyi Xidməti (37 562), Gənclər və İdman Nazirliyi (34 562), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (27 493), Xarici İşlər Nazirliyi (26 798), Ədliyyə Nazirliyi (22 992), Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi (22 663), Baş Prokurorluq (20 411), Qida Təhlükəsizliyi Agentliyi (17 127), Fövqəladə Hallar Nazirliyi (14 353), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (12 948) yer alıb.

İzləyici sayı nisbətən az olan dövlət qurumlarının “Facebook” səhifəsi sırasında İqtisadiyyat Nazirliyi (11 890), Dövlət Turizm Agentliyi (11 782), Maliyyə Nazirliyi (10 389), Mənzil İnşaatı Dövlət Agentliyi (10 377), Müdafiə Sənayesi Nazirliyi (5432), Dövlət Reklam Agentliyi (4719), Energetika Nazirliyi (4311), Minatəmizləmə Agentliyi (2101) yer tutub.

Ən az izləyicisi olan dövlət qurumunun “Facebook” səhifəsi Əqli Mülkiyyət Agentliyinə məxsusdur (1931).



Xəbəri paylaş

1301 dəfə oxunub.

Digər xəbərlər