Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkü atıldı - SİYAHI
Tarix: 02-11-2023 | Saat: 16:16
Bölmə:Karusel / İdman | çapa göndər

 

Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkü atıldı - SİYAHI

Azərbaycan Kubokunun oyunlarında legioner limiti Premyer Liqaya uyğun olacaq.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Azərbaycan Kubokunun 2023/2024 mövsümünün püşkatma mərasimində məlumat verib.

 

Elgiz Abbasov Azərbaycan Kubokunda iştirak edəcək komandalara uğurlar arzulayıb: “Bu il bizim üçün digər illərdən fərqlənir. Çünki yeni liqa yaradıldı və əvəzedicilərə l Liqa ayrıldı. Bizim verdiyimiz tapşırıqları iştirak edəcək komandaların rəhbərləri lazimi şəkildə yerinə yetirib. Bu il 34 komandanın iştirak etməsi PFL tarixində bir rekorddur. Azərbaycan Kubokunun qalibi Avropa Liqasında iştirak etmək hüququ qazanacaq. Kuboka start 18-19 noyabr tarixlərində veriləcək”.

 

O bildirib ki, ölkə kubokunda VAR sistemindən istifadə olunacaq. Ancaq bu, yalnız sistem quraşdırılan stadionlarda mümkün olacaq.

 

Daha sonra çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov isə bildirib ki, ölkə Kubokunun finalının harada keçiriləcəyi bilinmir.

 

Rəsmi çıxışlardan sonra püşkatma mərasimi keçirilib.

 

Mövsümə noyabrın 18-19-da keçiriləcək I təsnifat mərhələsinin oyunları ilə start veriləcək. II raund 28-30 noyabr tarixlərində baş tutacaq. 1/8 final matçları isə dekabrın 19-21-i aralığında reallaşacaq.

 

I təsnifat mərhələsi

1. “Şəfa” - “Şəmkir”

2. “Göygöl” - “Dinamo”

3. “Sheky City” - “Kür-Araz”

4. “Füzuli” - “Lerik”

5. “Şahdağ Qusar” - “Qusar”

6. “Baku Sportinq” - “Kürmük Qax”

7. “Ağdaş” - “Cəbrayıl”

 

II təsnifat mərhələsi

8. 1-ci cütün qalibi - “Səbail”

9. “Zaqatala” - “Şamaxı”

10. “Turan Tovuz” - 2-ci cütün qalibi

11. “Araz-Saatlı” - “İrəvan”

12. 3-cü cütün qalibi - “Araz-Naxçıvan”

13. “İmişli” - “Mingəçevir”

14. 4-cü cütün qalibi - “Sumqayıt”

15. “Karvan” - “Difai Ağsu”

16. 5-ci cütün qalibi - “Qaradağ Lökbatan”

17. “Kəpəz” - 6-cı cütün qalibi

18. MOİK - 7-ci cütün qalibi

 

1/8 final

19. 8-ci cütün qalibi - 9-cu cütün qalibi

20. “Zirə” - 10-cu cütün qalibi

21. 11-ci cütün qalibi - 12-ci cütün qalibi

22. 13-cü cütün qalibi - “Qəbələ”

23. 14-cü cütün qalibi - 15-ci cütün qalibi

24. “Neftçi” - 16-cı cütün qalibi

25. 17-ci cütün qalibi - “Sabah”

26. “Qarabağ” - 18-ci cütün qalibi

 

1/4 final

27. 19-cu cütün qalibi - 20-ci cütün qalibi

28. 21-ci cütün qalibi - 22-ci cütün qalibi

29. 23-cü cütün qalibi - 24-cü cütün qalibi

30. 25-ci cütün qalibi - 26-cı cütün qalibi

 

Yarımfinal

31. 27-ci cütün qalibi - 28-ci cütün qalibi

32. 29-cu cütün qalibi - 30-cu cütün qalibi

 

Final

31-ci cütün qalibi - 32-ci cütün qalibi



Xəbəri paylaş

1203 dəfə oxunub.

Digər xəbərlər