Saytımızı qiymətləndirin


 
 

Yelena Zelenskaya: “Uşaqlar ataları üçün darıxırlar”
Tarix: 10-07-2022 | Saat: 13:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yelena Zelenskaya

Fevralın 24-dən bəri Yelena Zelenskaya əri, Ukrayna prezidenti Volodimir Zelenskini cəmi bir neçə dəfə görüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə birinci xanım TSN-ə müsahibəsində danışıb.

 

“Telefonda şam yeməyi” təşkil edirlər, amma bu, kifayət etmir. Onlar təhlükəsizlik səbəbi ilə bir-birlərini görə bilmirlər.

"Mən, indi ayrılan qadın və kişiləri başa düşürəm. Hamı narahatdır: həm o, həm də uşaqlar. Əlaqə kifayət deyil. Təbii ki, telefonla danışa bilərsiniz və biz bunu hər gün edirik" Zelenskaya bildirib.

O əlavə edib ki, uşaqlar ataları üçün darıxırlar. Eyni zamanda, o, ümid edir ki, onların psixikası baş verən hər şeyə tab gətirə biləcək və müharibə səbəbindən ciddi nəticələr olmayacaq.

"Oğlanın oynaması üçün ata lazımdır. Qızımın işlərindən, gələcək planlarından danışmağa ehtiyacı var. Təəssüf ki, belə deyil. Ümid edirik ki, bu dövrü psixikalarında dəyişiklik olmadan keçirəcəklər” - deyə birinci xanım əlavə edib.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər