Saytımızı qiymətləndirin


 
 

Cinayət işi açılan 16 hərbçi barəsində hökmlər ləğv edildi
Tarix: 19-04-2022 | Saat: 14:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Cinayət işi açılan 16 hərbçi barəsində hökmlər ləğv edildi

"Tərtər işi" ilə bağlı məhkum olunmuş bir sıra hərbçilər barəsindəki hökmlər ləğv edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, 16 cinayət işi üzrə verilmiş apellyasiya protestləri təmin olunub. Onların barələrində cinayət təqibi aparılıb, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsində müvafiq hökmlər ləğv edilib.

Əlavə istintaq aparılması üçün iş ibtidai araşdırmaya qaytarılıb. Həmin şəxslər barəsində cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq yenidən yekun qərarların qəbul edilməsi təmin ediləcək. 

Bununla yanaşı, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla digər cinayətlərə görə məhkum olunmuş daha 10 şəxs barəsində 10 cinayət işi üzrə müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən həmin işlər üzrə yekun məhkəmə qərarları ləğv edilib. İşlərinibtidai araşdırmaya qaytarılmasından ötrü Baş prokurorun müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib.



Xəbəri paylaş

245 dəfə oxunub.

Digər xəbərlər