Saytımızı qiymətləndirin


 
 

Ödənişli yolda sürət şousu - Saatda 230-la sürürlər - Fotolar
Tarix: 28-10-2023 | Saat: 14:48
Bölmə:Karusel / Hadisə | çapa göndər

odenisli-yolda-suret-sousu

Yenicə açılmış Bakı-Quba-Rusiya Federasiyası yolundan nəqliyyat vasitələrinin hələlik az istifadə etməsi və bu yolda radarların hələ ki quraşdırılmaması sürət həvəskarlarının bu yola axınına səbəb olub.

Nəzərə alaq ki, bu yol ənənəvi yoldan qısadır və sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması isə istifadəçilərə vaxtla yanaşı, yanacağa qənaət etməyə də imkan verir.

Amma bu, sürücülərə fürsətdən istifadəyə imkan tanımamalıdır. Hər halda sürücülər belə yüksək sürətin onların həyatı üçün ciddi təhlükə yarada biləcəyini də göz önünə gətirməlidirlər. Ancaq bunun əksi olaraq başqa görüntülərlə rastalşırıq...

“Qafqazinfo” xəbər verir ki, son günlərdə ödənişli yolda avtomobilini saatda 200 kilometr və daha artıq sürətlə idarə edən şəxslər spidometrin şəklini çəkərək paylaşırlar. Bundan başqa Bakıda motosikletlə yarışmağa uyğun yer tapa bilməyən moto həvəskarlarının da ödənişli yola axını müşahidə edilir. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılır.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycanda magistral yollarda maksimal sürətin 110 km/saat təyin olunduğunu açıqlayıb. Təyin edilmiş sürəti keçənlər isə inzibati məsuliyyət daşıyır.

İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunur. Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat məbləğində cərimə cəzası tətbiq edilir.

 


 



Xəbəri paylaş

1187 dəfə oxunub.

Digər xəbərlər