Tarix: 13-09-2021 | Saat: 16:25
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a bir günlük Şuşa səfərinin təəssüratlarını bölüşərkən jurnalist Hikmət Sabiroğlu deyib.
Əslən Şuşadan olan Hikmət Sabiroğlu bildirib ki, evləri hələ şəhər işğal olunmamış, 1992-ci il martın 12-də düşmənin raket atəşindən yanıb dağılıb: “O evdən, həyətdən qalan bir hasarın yarısıdır. Oranı da cəngəllik basıb. Sutka yarıma yaxın Şuşada oldum, üç dəfə Mirzə Həsən qəbiristanlığına getsəm də, babamın və atamın dəfn olunduğu yeri tapa bilmədim. Tək-tük qəbir yarısalamat qalıb. Hər yan cəngəllikdir, qəbir yerlərində vəhşi bir meşəlik əmələ gəlib.
Şəhəri gəzdim. Viran qalıb hər yan. Salamat evlər belə insan nəfəsinə həsrət qalıb deyə qəddini əyib. Elə bil daş-divar əriyib...
İsa bulağına getdim... Bir qurtum suyu qəhərdən güclə içdim...
Düşmən dağıda bildiyi qədər dağıdıb Şuşanı, heç nə qura bilməyib amma...
Bir şeyə gücü çatmayıb düşmənin Şuşada... O da havadır. Bircə hava həmənkidir...”
(Visiontv.az)
Digər xəbərlər