Saytımızı qiymətləndirin


 
 

Bu məktəb 34 illik köçkün həyatından sonra Xankəndiyə qayıdır
Tarix: 18-10-2023 | Saat: 17:50
Bölmə:Karusel / Təhsil / Qarabağ | çapa göndər

bu-mekteb-34-illik-kockun-heyatindan-sonra-xankendiye-qayidir

Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını ucaltmasından sonra vaxtilə bu şəhərdən məcburi köçkün düşmüş əhali doğma torpaqlarına qayıtmağa hazırlaşır. 

Hazırda Bakının Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Xankəndi şəhər 4 nömrəli məktəb də 34 illik köçkün həyatından sonra yenidən öz əvvəlki binasına qayıdacaq.

Qarabaginfo.az xəbər verir ki, Təhsil TV məktəblə bağlı süjet hazırlayıb. Süjetdə qeyd olunur ki, sözügedən təhsil müəsisəsi 1945-ci ildə fəaliyyətə başlayıb. Lakin 1988-ci ildən 700 şagirdin təhsil aldığı, 60-dan çox müəllimin çalışdığı məktəb bağlanmaq məcburiyyətində qalıb. 25 illlik fasilədən sonra, 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində məktəbin fəaliyyəti bərpa edilib.

Həmin videomaterialı təqdim edirik:



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər