İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir
Tarix: 07-04-2025 | Saat: 17:30
Bölmə:Karusel / Region | çapa göndər
110 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-04-2025 | Saat: 17:30
Bölmə:Karusel / Region | çapa göndər
İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Fərzanə Sadiq bu gün Azərbaycana səfərə gəlir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə nazirin müşaviri İran mediasına bildirib.
Fərzanə Sadiqin Azərbaycan Baş nazirinin müavini, Azərbaycan-İran Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin təşəbbüsü ilə səfərə gələcəyi bildirilib.
Səfər çərçivəsində ikitərəfli nəqliyyat, gömrük, su, energetika, neft-qaz və ticarət sahələrində ortaq layihələrin cari vəziyyəti müzakirə ediləcək.
Səfər zamanı danışıqlar aparılacaq və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfəri ilə bağlı hazırlıq işləri görüləcək.
Xəbəri paylaş
Digər xəbərlər
11-05-2021, 00:21
“Kanadayla Fransa getsin öz işləri ilə məşğul olsun”
19-07-2022, 01:02
“Sabah” nigeriyalı hücumçunu transfer etdi
18-03-2025, 20:48
Putin və Tramp arasında telefon danışığı başa çatıb
13-10-2023, 10:04
Ödəniş xidmətləri sahəsində lisenziyalaşdırılan fəaliyyətlərə görə rüsumlar müəyyənləşir
13-09-2025, 09:34
“Avropa üçlüyü” İsrailin Dohaya zərbələrini pisləyib
19-07-2022, 19:24
CQD ölkələrinə LNG tədarükü üzrə ilk saziş imzalanıb
27-12-2023, 14:10
DİN-dən qeydiyyatı olmayanlara şad xəbər














