Saytımızı qiymətləndirin


 
 

Azərbaycan FHN-in nəqliyyat vasitələri və heyəti Ağdam yolu ilə Xankəndiyə yola düşüb - FOTO - VİDEO
Tarix: 27-09-2023 | Saat: 12:43
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycan FHN-in nəqliyyat vasitələri və heyəti Ağdam yolu ilə Xankəndiyə yola düşüb - FOTO - VİDEO

Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında sentyabrın 25-də yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət heyətlə Xankəndi şəhərinə yola düşüb.

Qarabaginfo.az Apa-ya xəbər verir ki, nəqliyyat vasitələri və heyət Ağdamdan Xankəndi şəhərinə doğru hərəkət edib.

Həmçinin, Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün FHN-in 53 avtomobili və heyəti zəruri avadanlıqlarla yola düşəcək.

Qeyd edək ki, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Yanğının söndürülməsi üçün sentyabrın 26-da əraziyə Azərbaycan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

 



Xəbəri paylaş

162 dəfə oxunub.

Digər xəbərlər