Ana Sayfa > Karusel / Qarabağ > Azərbaycan FHN-in nəqliyyat vasitələri və heyəti Ağdam yolu ilə Xankəndiyə yola düşüb - FOTO - VİDEO
Azərbaycan FHN-in nəqliyyat vasitələri və heyəti Ağdam yolu ilə Xankəndiyə yola düşüb - FOTO - VİDEO27-09-2023, 12:43. Yazar: Admin |
Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında sentyabrın 25-də yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət heyətlə Xankəndi şəhərinə yola düşüb. Qarabaginfo.az Apa-ya xəbər verir ki, nəqliyyat vasitələri və heyət Ağdamdan Xankəndi şəhərinə doğru hərəkət edib. Həmçinin, Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün FHN-in 53 avtomobili və heyəti zəruri avadanlıqlarla yola düşəcək. Qeyd edək ki, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Yanğının söndürülməsi üçün sentyabrın 26-da əraziyə Azərbaycan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
Geri dön |