Tarix: 01-09-2023 | Saat: 12:51
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Paris merinin Laçın yoluna gətirdiyi yardımı anbara yığdılar
Fransanın Qarabağ ermənilərinə göndərdiyi “humanitar yardım” TIR-lardan boşaldılıb.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin nümayəndəsi Vardan Sarkisyan yerli KİV-ə bildirib.
O deyib ki, Fransanın bir sıra şəhər və rayonları tərəfindən Qarabağ ermənilərinə göndərilən “humanitar yüklər”ə yararlılıq və saxlama müddətləri ilə bağlı müəyyən xüsusi tələblər qoyulması nəzərə alınıb. Həmin yüklər hazırda Gorus şəhərinin və ona yaxın yaşayış məntəqələrinin anbarlarında saxlanılır.
Vardan Sarkisyanın sözlərinə görə, Fransadan ümumilikdə 50 tondan artıq "yardım" gətirlib.
Xatrıladaq ki, Fransa hökuməti Laçın sərhəd-buraxılış məntəqəsinin önündə düzənlənən “humanitar yardım” şousunu Paris meri Ann İdalqonun müşayiəti ilə təşkil edib.
Fransadan gələn nümayəndə heyəti bildirib ki, onlar “yüklərin” Laçın yolundan keçərək, Xankəndiyə aparılmasını təklif ediblər. Azərbaycan tərəfinin cavabı isə belə olub: Xankəndiyə yardım aparmaq istəyirsinizsə, Ağdam-Xankəndi yolundan istifadə edə bilərsiniz!
Digər xəbərlər