Saytımızı qiymətləndirin


 
 

“Xilaskar” Vardanyan getdi - Rusiya belə onu qoruya bilmədi
Tarix: 24-02-2023 | Saat: 10:07
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Xilaskar” Vardanyan getdi - Rusiya belə onu qoruya bilmədi

Vardanyanın “vəzifəsindən” uzaqlaşdırılması Bakının əsas tələblərindən biri idi və bunun baş verməsi müəyyən nəticələri də ön plana çıxarır:

1. Bakının Xankəndi üzərində siyasi təsirinin hansı səviyyədə olduğu göründü;

2. Qarabağdakı erməni əhali Bakının təsir gücünün əyani şəkildə şahidi oldu: Vardanyan erməni əhalisinə “pul buraxaraq” özünü “xilaskar” kimi göstərməyə başlamışdı, onun göndərilməsi əhali arasında Azərbaycanla hesablaşma məcburiyyətini artırır; həmçinin, “separatçı rejimin Rubeni göndərməklə Bakının tələbi icra olundu” rəyi erməni əhalisinin Araik və dəstəsinə inamını da azalda biləcək amildir;

3. Vardanyanı Rusiyanın belə “qoruya bilməməsi” separatçılarda da, erməni əhalisində də sülhməramlıların “təhlükəsizliyin qarantı” obrazını zəiflədir;



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər