Saytımızı qiymətləndirin


 
 

İran Zəngəzur dəhlizinə hörmətlə yanaşacaq
Tarix: 10-02-2022 | Saat: 11:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

İran-Azərbaycan gərginliyinin GERÇƏK SƏBƏBİ: “Bu ölkə zəifləməkdən qorxur” – Yenicag.Az

Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında olan məsələdir və onunla bağlı qərara hörmətlə yanaşacağıq.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan-İran diplomatik münasibətlərinin 30-cu il dönümünə həsr olunmuş mətbuat konfransında deyib.

 

O xatırladıb ki, İran 30 il ərzində Naxçıvan və Azərbaycan arasında əlaqələrin açıq olmasına yardım göstərib və bu yol hələ də açıqdır.

 

Diplomat iranlı nazir Qaseminin bu günlərdə Azərbaycana səfər etdiyini diqqətə çatdırıb və əlavə edib ki, nazir azad olunmuş ərazilərə səfəri zamanı İrana yeni istiqamətin açılması, yolun çəkilməsi ilə bağlı müzakirələr aparıb.

 

“İki ölkənin üstünlüyü odur ki, nəqliyyat dəhlizləri bu ölkələrdən keçir və biz bu dəhlizləri hər zaman müdafiə edəcəyik”, - Abbas Musəvi vurğulayıb.



Xəbəri paylaş

239 dəfə oxunub.

Digər xəbərlər