Saytımızı qiymətləndirin


 
 

Bakıda ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur
Tarix: 10-09-2020 | Saat: 16:54
Bölmə:Karusel / Sosial | çapa göndər

Bakıda ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur

“2020-2021-ci tədris ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur.

Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-nin sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

 

Eyni zamanda 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 90, 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitabxana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi aparılır.

Həmçinin 154 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi yerinə yetirilib.



Xəbəri paylaş

371 dəfə oxunub.

Digər xəbərlər