Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə xalq artisti Aygün Səmədzadənin müəllifi olduğu 100-ə yaxın kitab Goranboy rayonu və Naftalan şəhərində Regional Mədəniyyət İdarələrinin tabeliyində olan musiqi məktəblərinə təqdim olunub.
Qarabaginfo.az xəbər verir ki, kitabların təqdim olunmasında deputat Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Naftalan şəhər və Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib, Mədəniyyət İdarələrinin kollektivlərinə fəaliyyətlərində uğurlar arzulayıblar.
Regional Mədəniyyət İdarələrinin rəhbərliyi də bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildirib.