Saytımızı qiymətləndirin


 
 

Ermənistan böyük müharibəyə hazırlaşır - 10 qat cavablarını alacaqlar!
Tarix: 14-08-2023 | Saat: 12:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Ermənistan böyük müharibəyə hazırlaşır - 10 qat cavablarını alacaqlar!

Son günlər Ermənistan ordusunun sərhəd bölgəsində aktivliyi müşahidə edilir. Müdafiə Nazirliyinin məlumatına görə, ötən gün Ermənistan tərəfi Kəlbəcər və Sədərək rayonlarını atəşə tutub. Bundan başqa mediada Ermənistan ordusunun sərhəd bölgələrinə hərbi texnika, silah və şəxsi heyət toplaması barədə məlumatlar yayılıb.

 

Ümumilikdə ermənilər danışıqlardan imtina edir və sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığı görünür. Hər bir halda Azərbaycan ordusu ermənilərin təxribatlarına cavab verməyə hazırdır.

 

Xarici İşlər Nazirliyinin bu gün yayıdığı bəyanatda bir ifadə diqqət çəkir. Qeyd olunur ki, Azərbaycan bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə, öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır.

 

Bütün bu hadisələr son günlər bir çox ekspertin müzakirə etdiyi sualı doğurur. Ermənistan yeni müharibəyə hazırlaşır? 

 

Məsələ ilə bağlı Qarabaqinfo.az -a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, ermənilər sülh müqaviləsinin imzalanmasını uzatmaq üçün hər yola əl ata bilərlər:

 

“Ermənilərdən hər zaman təxribat gözləmək olar. Biz bunu həmişə demişik. Ermənilər sülh müqaviləsini uzatmaq, sülh müqaviləsində manipulyasiyalar etmək üçün hər cür addım ata bilərlər. Bu onların xislətində var. Bir müddət sülh müqaviləsinin imzalanması istiqamətində işlər çox intensiv gedirdi. Amma vəziyyəti tamam dəyişdirdilər. Deməli, bunlar sülh müqaviləsinin imzalanmasında, delimitasiya proseslərinin aparılmasında maraqlı deyillər. Olmasınlar. Zərəri ilk özləri görəcəklər. 2020-ci il 10 noyabr bəyanatında qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılması və Naxçıvana Zəngilan dəhlizinin açılması ilə bağlı müddəalar yer alır. Bu müddəaların həyata keçirilməsində maraqlı deyillər. Bəs nədə maraqlıdırlar? Ancaq təxribat törətməkdə maraqlıdırlar”.

 

Komitə sədri vurğulayıb ki, ermənilər təxribatlarına on qat cavab alacaqlar:

 

"Ermənilər yenidən təxribatlar hazırlayıb həyata keçirməklə üzərlərinə düşən bütün öhdəliklərdən qaçmağı hədəfləyirlər. Sonda isə heç nə qazanmayacaqlar. Təxribat törədəcəklər, 10 qat cavablarını alacaqlar. Sonra özləri yenə də yalvarmağa başlayacaqlar ki, gəlin, yenidən sülh müqaviləsini müzakirə edək. Bu ermənilərin xislətidir. Xalqımız da bunu bilməlidir. Möhtərəm Prezidentimiz dəfələrlə, bunların hansı xüsusiyyətlərə malik tayfa olduğunu dilə gətirib. İkiüzlülük, yalançılıq, qorxaqlıq bunlara məxsus xüsusiyyətlərdir".

 

Deputat hadisələrdə üçüncü qüvvələrin izinin də olduğunu diqqətə çatdırıb:

 

"Ermənilərin bu addımları atmasında 3-cü qüvvələrin də təsiri var. Bu həmişə olub. Bir ara sülh müqaviləsinin bağlanmasında moderatorluq üstündə mübarizə gedirdi. Sülh danışıqlarının Vaşinqton, Brüssel və Moskva formatı var.  Biz məsələyə belə yanaşdıq ki, bizim üçün moderatorun kim olub-olmamasının fərqi yoxdur. Bizim üçün əsas məsələ nəticədir.  Yəni bizə sülh lazımdır. Görünən odur ki, nəticə üçün çalışan azdır. Hamı moderatorluq uğrunda mübarizə aparır. Burada məqsəd məsələnin uzanmasıdır. Əlbəttə, burada Fransanın da, Rusiyanın da təsiri var. Bunu açıq etiraf etmək lazımdır. Onlar istəyirlər ki, məsələ uzansın və əllərində rıçaq olsun".

 

Hərbi ekspert Üzeyir Cəfərov isə vurğulayıb ki, son zamanlar baş verənlər ermənilərin və onlara havadarlıq edənlərin bəzi planlarının baş tutmadığını deməyə əsas verir:

 

"Ona görə də, müxtəlif təxribatlara əl atmağa məcburdurlar. Onlar atəşkəsi yenə pozurlar. Biraz diqqətli olmaq, şəxsi heyətin həyatını qorumaq lazımdır. Artilleriya qurğularını 2022-ci ilin sentyabrında baş verən hadisələrin təkrarı üçün sərhədə yığırlar. Hər şey ona doğru gedir. Biz diqqətli olmalıyıq. Məqsəd böyük bir təxribatın törədilməsidir. Yalnız və yalnız böyük təxribatı həyata keçirmək üçün çalışırlar. Yerdəyişmələr, Laçın istiqamətində xeyli canlı qüvvəni toplamağa qərar veriblər".

 

Üzeyir Cəfərov hadisələrdə Rusiya izinin olduğunu qeyd edib:

 

"Məsələdə ermənilərdən çox danışıqlar prosesinin pozulmasında maraqlı ölkə fəallıq göstərir. Bu ölkə hamıya məlumdur. Ona görə ki, Rusiya sülh müqaviləsinin imzalanmasını istəmir. Ötən həftələrdə Rusiya Xarici İşlər Nazirliyinin iki rəsmisi - həm Mariya Zaxarova, həm də Denis Qonçar açıq şəkildə bəyan etdilər ki, sülh müqaviləsi çiy və tələsik hazırlanıb və bu halda sənəd imzalansa, sonradan problemlər olacaq. Əgər Ermənistan Azərbaycanla sənəd imzalayıbsa, bunun Rusiyaya nə dəxli var? Rusiyanın nə işi qalıb? Məqsəd odur ki, tərəflər bir araya gəlib sənəd imzalamasınlar".

 

Ekspert Müdafiə Nazirliyi səviyyəsində ermənilərə cavab verilməli olduğunu söyləyib:

 

"Azərbaycan deməlidir ki, ordumuzun əsgər və zabitlərinə qarşı atılacaq istənilən addım ən sərt şəkildə cəzalandırılacaq. Ermənistan tərəfindən atəş açıldığı təqdirdə, yenə də Ermənistan tərəfindəki mövqelər susdurulacaq və ermənilər cəzalandırılacaq. Bu ermənilərə yalnız Xarici İşlər Nazirliyi səviyyəsində yox, Müdafiə Nazirliyi səviyyəsində də bildirilməlidir".



Xəbəri paylaş

1115 dəfə oxunub.

Digər xəbərlər