Tarix: 13-06-2022 | Saat: 16:55
Bölmə:Karusel / Siyasət | çapa göndər
Tokay Əlizadə "AzRe Təkrarsığorta" şirkətinin Direktorlar Şurasına sədri təyin olunub.
Bu məlumatı o özü Qarabaginfo.az-a təsdiqləyib.
Bildirilir ki, bundan əvvəlki sədr Fuad Quliyev artıq şirkətdən ayrılıb.
Qeyd edək ki, T.Əlizadə 2016-cı ilə kimi keçmiş "AG Bank"ın İdarə Heyətinin sədr müavini olub.
Xatırladaq ki, "AzRe 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Hazırda "AzRe Təkrarsığorta" yalnız "Azər-Türk Bank" ASC-nin səhmlərinin 6,55 %-nə nəzarət edir.
“AzRe Təkrarsığorta” ASC 2021-ci ili 2,83 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2020-ci illə müqayisədə 18,3 dəfə çoxdur.
Ötən il “AzRe Təkrarsığorta”nın gəlirləri 62,933 milyon manat (əvvəlki ilə nisbətən 29,6% çox), xərcləri 59,416 milyon manat (23,75% çox), mənfəət vergisi ödəmələri isə 687 min manat (73,05% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “AzRe Təkrarsığorta”nın aktivləri 99,77 milyon manat olub ki, bu da illik müqayisədə 22,3% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 39,5% azalaraq 35,936 milyon manata, balans kapitalı isə 7,6% azalaraq 63,835 milyon manata düşüb.
Digər xəbərlər