Saytımızı qiymətləndirin


 
 

İsveçrə XİN başçısı: Referendumun nəticəsi neytrallıqdan imtina demək deyil
Tarix: 27-09-2026 | Saat: 21:16
Bölmə:Karusel / Dünya | çapa göndər

İsveçrənin xarici işlər naziri İnyatsio Kassis

 

İsveçrədə referendumda neytrallıqla bağlı təşəbbüsün rədd edilməsi ölkənin neytrallıq siyasətindən imtina etməsi demək deyil.

Qarabaginfo.az xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İnyatsio Kassis səsvermənin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

İsveçrə hökuməti də referendumun ölkənin neytrallığını şübhə altına almadığını vurğulayır.

“Bu nəticə neytrallığın əleyhinə verilmiş səs deyil. İsveçrə dünən neytral idi, bu gün də neytraldır və gələcəkdə də neytral qalacaq”, – Kassis deyib.

Onun sözlərinə görə, təşəbbüsü rədd edən İsveçrə vətəndaşları və kantonlar neytrallığın tətbiqinə dair daha sərt çərçivələrin Konstitusiyada təsbit edilməməsinə qərar veriblər.

“Neytrallığımız heç vaxt dəyişməz olmayıb. Zaman keçdikcə o, beynəlxalq reallıqlara və İsveçrənin ehtiyaclarına uyğunlaşıb. Bəzi dövrlərdə daha məhdudlaşdırıcı olub, digər dövrlərdə isə əməkdaşlığa daha açıq olub”, – nazir vurğulayıb.



Xəbəri paylaş

13 dəfə oxunub.

Digər xəbərlər