Saytımızı qiymətləndirin


 
 

BNA ilə bağlı Baş Prokurorluğa müraciət ediləcək
Tarix: 05-08-2023 | Saat: 11:52
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

BNA ilə bağlı Baş Prokurorluğa müraciət ediləcək

Hesablama Palatasında, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında 2023-cü il İş planı üzrə Bakı Nəqliyyat Agentliyi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələri barədə Auditor hesabatı müzakirə edilib.

Qarabaginfo.az  Report-a istinadla xəbər verir ki, aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materialların "Hesablama Palatası haqqında" qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Daha sonra iclasda 2023-cü ilin İş Planında nəzərdə tutulmuş auditlərlə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib, həmçinin funksional fəaliyyətlə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.



Xəbəri paylaş

1733 dəfə oxunub.

Digər xəbərlər
21-03-2023, 13:00 3 gün yağış yağacaq