Tarix: 19-06-2025 | Saat: 16:28
Bölmə:Karusel / Region | çapa göndər
“Əsrin fəlakəti baş verəndə biz bir an belə ümidsizliyə qapılmadıq”.
Qarabaginfo.az xəbər verir ki, bunu Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
O bildirib ki, hər yer dağılmış vəziyyətdə idi: “Biz oradan qardaşlığı çıxardıq, yaralarımızı birlikdə sarıdıq. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Can Azərbaycanın Prezidentinin iştirakı ilə tikintisini bitirdiyimiz yeni yaşayış kompleksinin açılışını həyata keçirəcəyik, verdiyimiz daha bir sözü tutacağıq. Heç bir ölkə bu qədər qısa zaman ərzində hardasa yarım milyon tikilini yenidən inşa edə bilməz. Bu qədər köçə, savaşa baxmayaraq, etdiklərimizi bütün dünya izləyir. Bu gündən sonra da yatmadan, dincəlmədən bütün zəlzələdən zərərçəkənlərə verdiyimiz sözləri tutmağa davam edəcəyik. Dəstək üçün can Azərbaycana, Azərbaycan Prezidentinə təşəkkür edirəm”.
Digər xəbərlər