Saytımızı qiymətləndirin


 
 

AVRO-2023: Azərbaycanın potensial rəqibləri bəlli olub
Tarix: 12-09-2022 | Saat: 10:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

AVRO-2023: Azərbaycanın potensial rəqibləri bəlli olub

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin bütün iştirakçıları dəqiqləşib.

AVRO-2023-də 24 komanda mübarizə aparacaq.

Dörd yığmanın meydan sahibi, səkkizinin isə AVRO-2021-in nəticələrinə görə birbaşa vəsiqə qazandığı yarışın 12 iştirakçısı seçmə mərhələdə bəlli olub. Seçmə mərhələnin altı qrupunun hərəsindən iki komanda, o cümlədən Azərbaycan millisi AVRO-2023-ə yüksəlib.

Meydan sahibləri: Belçika, Estoniya, İtaliya, Almaniya
AVRO-2021-dən vəsiqə qazananlar: Serbiya, Türkiyə, Niderland, Polşa, Rusiya, Fransa, İsveç, Bolqarıstan
A seçmə qrupu: Rumıniya, Xorvatiya
B seçmə qrupu: Çexiya, Finlandiya
C seçmə qrupu: Ukrayna, Macarıstan
D seçmə qrupu: Sloveniya, Azərbaycan
E seçmə qrupu: Slovakiya, İspaniya
F seçmə qrupu: Bosniya və Herseqovina, Yunanıstan

Qeyd edək ki, bütün yarışlardan kənarlaşdırılan Rusiya yığmasının qazandığı birbaşa vəsiqənin taleyinə hələ tam aydınlıq gəlməyib.



Xəbəri paylaş

164 dəfə oxunub.

Digər xəbərlər
9-09-2021, 12:05 Ərdoğan ABŞ-a gedəcək