Tarix: 27-10-2022 | Saat: 11:44
Bölmə:Karusel | çapa göndər
Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Binəli Yıldırımın və partiyanın İstanbuldan seçilmiş deputatı Şamil Ayrımın son durumu açıqlanıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezienti Fuat Oktay tviter hesabında paylaşım edib.
O, B.Yıldırımı və Ş.Ayrımı müalicə aldıqları xəstəxanada ziyarət etdiyini və hər ikisinin vəziyyətinin yaxşı olduğunu bildirib.
Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya düşüblər. Hadisədən sonra Türkiyə rəsmiləri helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib. Daha sonra onlar təcili yardım təyyarəsi ilə İstanbula yola salınıb.
Digər xəbərlər