Saytımızı qiymətləndirin


 
 

“Rusiya-Afrika sammiti NATO-nun xəyal edə bilməyəcəyi miqyasda keçdi”- Rusiya XİN
Tarix: 02-08-2023 | Saat: 17:58
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya-Afrika sammitinin görünməmiş bir uğur olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, Zaxarova qeyd edib ki, tədbirlərdə 48 ölkə iştirak edib və sammitin bütün dövrü ərzində beş mühüm sənəd, o cümlədən növbəti üç il üçün Rusiya-Afrika Tərəfdaşlıq Forumunun Fəaliyyət Planı imzalanıb.

“Rusiya-Afrika sammiti uğurlu və NATO-da heç kimin xəyal edə bilməyəcəyi miqyasda keçib. 48 ölkədən rəsmi nümayəndə heyəti iştirak edib. Birinci və ikinci şəxslər səviyyəsində 27 ölkə təmsil olunub. Beş əsas sənəd qəbul edilib: dörd bəyannamə və növbəti üç il üçün Rusiya-Afrika Tərəfdaşlıq Forumunun Fəaliyyət Planı. Aparıcı Afrika inteqrasiya birlikləri ilə iki sənəd imzalanıb”, – Zaxarova əlavə edib.



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər