Tarix: 31-07-2023 | Saat: 21:12
Bölmə:Karusel / Region | çapa göndər
Dərhal Azərbaycana dəymiş zərərin ödənilməsinin Ermənistandan tələb edilməsi mərhələsinə başlanılmalıdır.
Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
Onun yerli və xarici mənbələrdə olan datalar əsasında apardığı hesablamalara görə, Ermənistanın Azərbaycana vurduğu ümumi zərər 1 trilyon dolları ( + 100 milyard dollar) keçib.
"Azərbaycan vaxt itirmədən təzminatın ödənilməsini beynəlxalq təcrübəyə əsasən tələb etməlidir. Həm də təkcə Ermənistandan deyil, ona havadarlıq edənlərdən istəməlidir. Əgər bu dövləti və milləti (millət demək olarsa) belə çox sevirlərsə, onda vurduğu zərərə də sahib çıxmalıdırlar. Çünki bir it kiməsə zərər vuranda, zərəri itin sahibi ödəyir", - iqtisadçı deyib.
Ekspert zərər ödənilmədiyi halda torpaq tələbi irəli sürülməsinin tərəfdarı olduğunu vurğulayıb:
"Əgər zərəri ödəməyə imkan yoxdursa, əvəzini torpaqla ödəsinlər. Rusiya pula görə Alyaskanı Amerikaya satdığı kimi. Situasiya fərqli olsa da, ölkənin ölkəyə torpaqsatma təcrübəsi mövcuddur. Arazdan şimala doğru Azərbaycana versinlər. Həm də Erməninstanda olan torpaq qiymətinə yox, Parisdə olan qiymətlərlə də sata bilərlər. Çünki 1 trilyon dollara 10 Ermənistan almaq olar. Yazdıqlarım qeyri-mümkün görünə bilər. Amma Azərbaycan bütün istiqamətlərdə hücum diplomatiyasını tətbiq etməlidir. Təbii ki, Ermənistanın nə o qədər pulu yoxdur, nə yiyəsi. Amma proses beynəlxalq səviyyədə başlanılmalı və bütün mümkün təzyiqlər işə salınmalıdır ki, Ermənistan Azərbaycanın bugünkü sülh şərtlərinə "şükür" desin".
Digər xəbərlər