Tarix: 29-12-2021 | Saat: 11:33
Bölmə:Karusel / Sosial | çapa göndər
2021-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 5152 milyard manat olub. Bu, 2020-ci ilin gəlirləri ilə müqayisədə 8,5 faiz (403 milyon manat) artım deməkdir.
Qarabaginfo.az xəbər verir ki, bunu DSMF İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə,
məcburi dövlət sosial sığorta haqları 3, 810 milyard manat olub. Bu isə 2020-ci illə müqayisədə 7,2 faiz (257 milyon manat) çoxdur: "Gəlirlər büdcə təşkilatları üzrə 1380 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 2430 milyard manatdır. Transfert 1313,3 milyard manat olub".
H. Məmişov deyib ki, DSMF-nin 2021-ci il üzrə xərcləri 4841 milyard manat olub ki, bu da ötən dövrlə müqayisədə 2,8 faiz çoxdur: "Bu il əhaliyə ödənişlər 4716 milyard manat olub. Bunun 4591 milyard manatını əmək pensiyaları, 125 milyon manatını məcburi dövlət sığorta haqları üzrə müavinət, 125 milyon manatını digər xərclər təşkil edib”.(Apa)
Digər xəbərlər