Saytımızı qiymətləndirin


 
 

Sabahdan Bakı metrosunun ventilyasiya sistemi yay qrafikinə keçirilir
Tarix: 31-05-2024 | Saat: 11:19
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

İyun ayının 1-dən “Bakı Metropoliteni” QSC-nin stansiya və tunellərinin ventilyasiya sistemi yay qrafikinə keçirilir.

Bunu QSC-nin Elektromexanika xidmətinin baş mühəndisi Məzahir Qədirov bildirib.

O qeyd edib ki, ventilyatorların yeni qrafikinə əsasən, stansiyaların gün ərzində havalandırılması yay fəslinin orta temperatur rejiminə uyğun olaraq tənzimlənəcək.

“Bununla yanaşı, gündəlik monitorinqlər və hava proqnozu ilə bağlı rəsmi məlumatlar diqqətdə saxlanılaraq əlavə tədbirlərin görülməsi nəzərdə tutulacaq. Yay qrafikinə uyğun olaraq, günün isti və qızmar saatlarında ventilyatorlar sovurma istiqamətində çalışdırılır, isti və çirklənmiş hava kütləsini tunellərdən xaric edir. Səhər erkən və axşam saatlarında isə əksinə, ventilyatorların işi hava kütləsinin stansiya və tunellərə axını istiqamətində təmin edilir”, – deyə o qeyd edib.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər
20-02-2023, 15:54 Ərdoğan Hataya getdi