Saytımızı qiymətləndirin


 
 

Su-25 qırıcılarımıza "Laçın" adı verildi
Tarix: 29-07-2023 | Saat: 12:43
Bölmə:Karusel | çapa göndər

Su-25 qırıcılarımıza

 

Azərbaycanın Türkiyə ilə birgə modernizə edəcəyi Su-25 ML hücum təyyarələri "Laçın" adlanacaq.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə iyulun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirlərinin iştirakı ilə keçirilən xidməti müşavirədə məlumat verilib.

 

General-polkovnik İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edərək silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi, həmçinin Su-25 ML (modernizə edilmiş "Laçın") sinin atəş imkanlarının öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.

 

Qeyd edək ki, iyulun 26-da Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin TUSAŞ şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirilib. “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmilər iştirak ediblər. Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.



Xəbəri paylaş

111 dəfə oxunub.

Digər xəbərlər