Saytımızı qiymətləndirin


 
 

“Məşhur” mətbuat katibi Artsrun Hovhannisyana yeni vəzifə verildi
Tarix: 19-10-2023 | Saat: 09:43
Bölmə:Karusel / Region | çapa göndər

“Məşhur” mətbuat katibi Artsrun Hovhannisyana yeni vəzifə verildi

 

Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovhannisyan yeni vəzifəyə təyin olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında bildirilib.

Məlumata görə, Artsrun Hovhannisyan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Universitetinin komanda-qərargah fakültəsinin rəisi təyin edilib. O, hərbi fənlərdən dərs deyəcək.

Xatırladaq ki, Artsrun Hovhannisyan bu təyinatadək parlamentin Müdafiə və Təhlükəsizlik məsələləri daimi komissiyasında hərbi ekspert vəzifəsində çalışıb.

2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı isə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi vəzifəsini tutub. Həmin vaxtlar Artsrun Hovhannisyan Ermənistan ordusu ilə bağlı yaydığı dezinformasiyalara görə sosial şəbəkələr və medianın gündəminə gəlmişdi.(Modern.az)



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər